Bölgə
0
Dünən, 17:46

Xaçmazın Ağtala kəndində təhlükəli vəziyyət: elektrik dirəkləri təhlükə saçır

Xaçmazın Ağtala kəndində təhlükəli vəziyyət: elektrik dirəkləri təhlükə saçır

Xaçmaz rayonunun Ağtala kəndi ərazisindən keçən elektrik xətləri və dirəklərin qəzalı vəziyyətə düşdüyü bildirilir. Kənd sakinlərinin sözlərinə görə, uzun müddətdir ki, ərazidə yerləşən elektrik dirəklərinə və xətlərə qulluq olunmur.

Sakinlər qeyd edir ki, sarmaşıq və digər bitkilər elektrik xətlərinə sarılaraq ciddi təhlükə yaradır. Xüsusilə yağışlı və küləkli hava şəraitində bu vəziyyət elektrik enerjisinin tez-tez kəsilməsinə səbəb olur.

Bildirildiyinə görə, yaranmış problem kənd sakinlərinin gündəlik enerji təminatında çətinliklər yaradır və eyni zamanda təhlükəli vəziyyət formalaşdırır.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunmasını və problemin aradan qaldırılması üçün tədbir görülməsini xahiş edirlər.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər