Gündəm
1
Bu gün, 20:11

Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda, General Şıxlinski küçəsində yerləşən keçmiş “Ab-Hava” restoranında oktyabrın 23-də kütləvi dava baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində 43 yaşlı Ceyhun Mirağayev bıçaqlanaraq öldürülüb, bir neçə nəfər isə xəsarət alıb.
İlkin məlumatlara görə, davanın biznes münasibətləri zəminində yaranan mübahisə ilə bağlı olduğu bildirilir.
Hadisə ilə bağlı deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də saxlanılıb.
Məlumata görə, görüşü tərəfləri barışdırmaq məqsədilə onun təşkil etdiyi iddia olunur.
Oktyabrın 25-də məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Qətli törətməkdə ittiham olunan Emin Rəhimov və Elmar Cəfərov da saxlanılıb. Ümumilikdə, hadisə və onun planlaşdırılması ilə əlaqədar bir neçə nəfər həbs edilib.
İstintaq davam edir və saxlanılan şəxslərin hər birinin hadisədəki rolu araşdırılır.
Gununsesi.info-nun əldə etdiyi digər bir özəl məlumata görə, o cümlədən deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadəyə narkotik ittihamı da verilib.
Daha dəqiq, o, AR Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə də ittiham olunacaq.
Məsələ ilə bağlı araşdırmalar davam edir.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər