Bölgə / Sosial
4
16-03-2026, 19:40

Bakunews.TV işıqlandırdı, problem həllini tapdı – Şabranda zibillik təmizləndi


Bu gün Şabran şəhərində, Tofiq İsmayılov küçəsinin kəsişməsində yerləşən zibillik poliqonu ilə bağlı sakinlərin narazılığı BAKUNEWS.TV tərəfindən ictimailəşdirilmişdi. Ərazidə yaşayan vətəndaşlar tullantıların uzun müddət yığılması, ətrafa yayılan kəskin qoxu və bəzi hallarda tullantıların yandırılması səbəbindən ciddi narahatlıq keçirdiklərini bildirmişdilər.

Məsələ mediada işıqlandırıldıqdan sonra problem qısa müddətdə öz həllini tapıb. Əraziyə müvafiq texnika və işçi qüvvəsi cəlb olunaraq zibillik sahəsi tam şəkildə təmizlənib və yığılan tullantılar daşınıb.

Sakinlər problemin operativ şəkildə aradan qaldırılmasına görə minnətdarlıqlarını bildirərək qeyd ediblər ki, məsələ ictimailəşdirildikdən sonra aidiyyəti qurumlar tərəfindən dərhal tədbir görülməsi onların narahatlığını aradan qaldırıb.

BAKUNEWS.TV olaraq bir daha qeyd edirik ki, vətəndaşların qaldırdığı problemlərin işıqlandırılması və həllinə töhfə vermək əsas məqsədlərimizdən biridir. Medianın diqqəti və ictimai nəzarət bir çox hallarda problemlərin daha operativ həllinə səbəb olur.
Son xəbərlər