DİN: Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTO/VİDEO
bakunews.tv xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində “LADA” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb. Araşdırmalar zamanı şəhər sakini Şahin Məmmədov qanun pozuntularını narkotik vasitənin təsiri altında törətməsi məlum olub.
DİN: Dəfələrlə anolji əməllər törətməsinə görə inzibati tənbeh tədbiri görülən Ş. Məmmədov barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 25 gün inzibati qaydada həbs olunub.