Bölgə
304
23-02-2023, 00:43

Qaxda qaydalara riayət etməyən sürücülər barəsində qanunamüvafiq tədbir görülüb

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  bakunews.tv-ya verilən məlumata görə, keçirilən tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, yol-hərəkəti qaydalarını pozan, nəqliyyat vasitələrinə çoxavazlı səs siqnalları quraşdıran sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyən edilib. Onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində qanunmüvafiq tədbirlər görülüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər