Bölgə
311
10-03-2023, 20:43

Qəbələdə ətraf mühiti çirkləndirən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin, eləcə də sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması qarşısının alınması məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bakunews.tv-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı şəhərin müxtəlif ünvanlarında bəzi şəxslərin məişət tullantılarını urnalardan kənara, eləcə də müəyyən edilməyən yerlərə atdıqları müəyyən olunub. Onlarla izahedici söhbətlər aparılıb və İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər