Bölgə
417
12-04-2023, 23:32

Qobustanda “Zərərli vərdişlər və narkomaniya” mövzusunda tədbir keçirilib - FOTO

Qobustan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbdə “Zərərli vərdişlər və narkomaniya” mövzusunda maarifləndirici tədbir keçirilib.

Məktəblilərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Bəhruz Cabbarov narkotik vasitələrin və psixotrop maddələrin cəmiyyət, insan sağlamlığı üçün yaratdığı problemlərdən danışıb. Bəşəri bəla olan narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizə çərçivəsində görülən işlərdən, həyata keçirilən tədbirlərdən söz açıb.

Daha sonra çıxış edənlər də narkomanlığın ziyanları ilə bağlı keçirilən təbliğat xarakterli görüşlərin əhəmiyyətini diqqətə çatdırıblar və bu bəlaya qarşı mübarizədə hər kəsin fəal olmasının vacibliyini vurğulayıblar.

Tədbirin sonunda məktəblilərin sualları cavablandırılıb və onların fikirləri dinlənilib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər