Bölgə
259
14-04-2023, 20:44

Zaqatalada avtomobillərdə konstruksiya dəyişikliyi edən sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin artırılması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də kobud qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bakunews.tv-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı xüsusilə də nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, təhlükəsizlik kəmərindən istifadə etməyən və yol-hərəkəti qaydalarını müxtəlif üsullarla pozan sürücülər aşkarlanıb. Onlarla profilaktik söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb. Konstruksiya dəyişikliyi olunan nəqliyyat vasitələri isə sahiblərinin də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib.




Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər