Bölgə / Olay
359
26-04-2023, 17:31

Gəncədə kanalizasiya borularını oğurlamaqda şübhəli bilinən şəsxlər saxlanılıb

Daxili İşlər Nazirliyininin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bakunews.tv-ya verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə 2 müxtəlif ünvandan su Gəncə Sukanal TSC-yə məxsus boruların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ruslan Lepexov və Aqşin Məmmədov saxlanılıb. Hər iki şəxs ifadəsində binaların zirzəmisində olan dəmir boruları oğurlayaraq metal qəbuletmə məntəqələrinə satdıqlarını etiraf ediblər. Faktla bağlı araşdırmalar davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər