Bölgə
228
13-05-2023, 19:50

Balakəndə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib - FOTO

Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Kortala kənd orta məktəbində narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə müasir dövrün qorxulu bəlalarından olan “ağ ölüm” və onun fəsadları, səbəb olduğu faciələr barədə məktəblilərə ətraflı məlumat verilib.

Yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan danışılıb.

Sonda polis əməkdaşları mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər