Bölgə
187
21-07-2023, 11:07

Ağstafada ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb - FOTOLAR

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-
gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Araşdırmalar zamanı ikisi bələdiyyə sədri olmaqla ümumilikdə 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin maddəsi ilə tələblərini pozduqlarına görə həmin əraziləri barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. Sözügedən
ərazilər təmzlənib.







Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər