Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı Gərəkli kənd tam orta məktəbdə “Narkomaniya və digər zərərli vərdişlərə yox deyək” mövzusunda
növbəti maarifləndirici tədbir keçirilib.DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə. tədbirdə çıxış edənlər “ağ ölüm”ün cəmiyyətdə yaratdığı fəsadlar, insanların
sağlamlığına vurduğu zərərlər barədə ətraflı məlumat verib, gənc nəslin sağlam böyüməsində ən vacib amillərdən birinin də narkomaniya ilə mübarizə və onun profilaktikası olduğunu diqqətə çatdırıblar. Daha sonra mövzu barədə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.