Cəmiyyət
154
26-02-2024, 23:37

Üzrlü səbəb olmayan İcra başçısı Xocalı tədbirində niyə iştirak etmədi? - FOTO

Bu gün Ağstafada Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbirdə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov iştirak etməyib.

bakunews.tv xəbər verir ki, RİH-in keçirilən tədbirlə bağlı yaydığı məlumatda icra başçısının iştirak etməməsi sual doğurub.

Tədbirdə başçının birinci müavini Müşfiq Hüseynov, RİH-in və hüquq-mühafizə orqanlarının məsul şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Şəhidlər Memorial kompleksi ziyarət olunub.

Bundan əlavə, Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa isə başçının digər müavini Lalə Eyyubovanın sədrliyi ilə keçirilib.

Məsələ ilə bağlı İqtisadiyyat.az RİH-ə sorğu ünvanlayıb. Bildirilib ki, icra başçısı bu gün işə getməmək üçün icazə alıb. RİH-dən hər şeyin qaydasında olduğu, narahatlığa heç bir əsasın olmadığı bildirilib və digər məlumat verilməyib.

"Həmçinin rayon sakinləri tərəfindən verilən məlumata görə, İcra başçısının yaxın günlərdə toy mərasimi gözlənilməkdədir. Lakin bu gün qız toyu keçirilməsi ilə əlaqədar İcra başçısı Seymur Orucov Xocalı Soyqırımı ilə bağlı tədbiri vacib hesab etməyib. Məsələ ilə bağlı həmkarlarımızın icra başçısının köməkçisi ilə əlaqə saxlamasından sonra verilən açıqlamaya görə, rayon daxilindən verilən məlumat təkzib edilmişdir. Köməkçi qeyd edir ki, qız toyunun Xocalı gününə salınması məsələsi tamamilə yalan məlumatdır."








Ağstafa Rayon İcra Hakimiyyətinin Başçısı: Seymur Vaqif oğlu Orucov
27 oktyabr 1984-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetininin bakalavr və magistratura pilləsini bitirmişdir. "Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı almışdır.
Azərbaycan Dövlət İqtisad Universitetində kafedranın aspirantı və müəllimi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri , 2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru, 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifələrində işləmişdir. 29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilmişdir.
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 may 2020-ci il tarixli Sərəncamı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Dörd övladı var.
Nəzərinizə çatıraq ki, Seymur Orucov Deputat Şəmsəddin Hacıyevin kürəkəni olub.

Seymur Orucovun xanım Aidə Mustafayeva, 4 may 2022-ci il tarixindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin Kommersiya departamentinin ictimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində çalışır.


35 yaşında icra başçısı olan bu cavan oğlan sabiq millət vəkili, “Narxoz”un sabiq rektoru Şəmsəddin Hacıyevin qızı Çeşmi xanımın həyat yoldaşıdır. Bu növcavan icra başçısının doğma dayısı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili Səttar Möhbalıyevdir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər