SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

09.08.2024 18:29 208
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına səfəri avqustun 9-da başa çatıb.

Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər yola saldılar.
Xəbəri necə qiymətləndirirsiniz?