Paşayev Cəfər Telman oğlu 17 dekabr 1985-ci ildə Astafa şəhərində doğulmuşdur. 1991-ci il Agstafa şəhər 1 saylı orta mektebin 1-ci sinifinə getmiş, 2001-ci ildə həmin məktəbini 9 sinifini bitirərək Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin nəzdində Qida Sənayesi Kollecinə daxil olmuş, 2005-ci həmin kolleci gömrük ekspertizası üzrə bitirmişdir. 2021-ci ildən təhsilini Moskva Dövlət Texniki Universitetinin Iqtisadiyyat fakültəsinin Müəssisə və Təşkilatların Iqtisadiyyatı ixtisası üzrə davam etdirmişdir. Uzun illərdir ki turizm sahəsində fəalliyyət göstərir. Iş fəaliyyəti dövründə Azərbaycana müxtəlif ölkələrdən turistlərin və xarici investorların cəlb edilməsi və turizmlə bağlı müxtəlif infrastrukturların inkişafına yardım edilməsi sahəsində uğurlar qazanmışdır. Bu sahədəki fəaliyyəti nəticəsində onlarla insanın işlə təmin olunmasına şərait yaratmışdır.
Türk, rus,ərəb və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.
Mən Ağstafalıyam!
Əziz həmyerlilərim!
Əslində sizinlə bu yolçuluğumuzun uzun bir tarixçəsi var. Uşaqlığımızın, gəncliyimizin keçdiyi bu doğma torpaqda neçə bayramlar, neçə el şənlikləri keçdi, el-oba sevincimizi, kədərimizi hər daim bir arada yaşadıq. Yaralarımızı birlikdı sardık, Qələbə sevincinin qürurunu birlikdə yaşadıq, onlarla şəhidimizin yasını birlikdə tutduq, birlikdə torpağa verdik. Nə yaşasaq da birlikdə olmaqdan heç vaxt geri durmadıq. Bu gün də bu doğma yurdumuzun, Ağstafamızın gələcəyi, rifahı üçün yenə birlikdəyik, yenə yol yoldaşıyıq. Allahdan cəmi şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Yumruq kimi bir olaq. Yurdumuz üçün, inkişaf, üçün parlaq gələcək üçün, Ağstafamız üçün!