Cəmiyyət
68
27-01-2025, 17:39

DİN-in xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları artırılıb

Daxili İşlər Nazirliyinin (DİN) xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Eyni zamanda DİN və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər