Cəmiyyət
73
19-03-2025, 12:14

Prezident İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev martın 19-da Sahibə Qafarovanı qəbul edib və ona “Şərəf” ordenini təqdim edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Milli Məclisin sədri Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla spiker Azərbaycanın ictimai-siyasi həyatında böyük xidmətlərinə görə mükafata layiq görülüb.

Qeyd edək ki, bu gün S.Qafarovanın 70 yaşı tamam olur.
Prezident İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib - YENİLƏNİB
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər