Cəmiyyət
55
24-04-2025, 11:19

Mədət Quliyev istefa verdi

Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib.
Bakunews.tv Apa-ya istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəldiyi bildirilir.
Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidenti idi.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər