Cəmiyyət
38
6-05-2025, 12:08

Faciəli şəkildə ölən Şövqiyyənin 6 ay əvvəl toyu olubmuş - FOTO

Bir neçə gün əvvəl Bakının Suraxanı rayonunda 19 yaşlı Şövqiyyə Baxşıyeva faciəli şəkildə ölüb.
Bakunews.tv Unikal.az-a istinadən xəbər verir ki, dəm qazından həyatını itirən gənc qadın Astara rayonunda dəfn olunub.

Mərhum 6 ay əvvəl ailə həyatı qurmuşdu.

Xatırladaq ki, hadisə mayın 1-i, paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2006-cı il təvəllüdlü Ş.Baxşıyeva yaşadığı evin hamam otağında dəm qazından boğulub.

Onun meyiti gecə saatlarında ailə üzvləri tərəfindən aşkar edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər