Cəmiyyət
36
20-05-2025, 17:27

İntiqam Babayevin yerinə o gətirildi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib.
Bakunews.tv Qaynarinfo-ya istinadən xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudovun müvafiq əmri ilə sözügedən vəzifəyə Fuad Xəlilov gətirilib.

Xatırladaq ki, bundan əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev vəzifəsindən azad olunaraq, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə müdir təyin edilib.

F.Xəlilov buna qədər “EasyCep Azərbaycan” Şirkətinin İdarə Heyətinin sədri olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər