Cəmiyyət
34
26-06-2025, 12:25

Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDILAR

"Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb".
Bu barədə Bakunews.tv-nin sorğusuna cavab olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.

Bildirilib ki, ilkin araşdırmalar nəticəsində hadisənin Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən "022" dönər evində baş verdiyi müəyyən edilib.

"Agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək, laborator müayinələrə göndərilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Hazırda araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, zəhərlənənlərin sayı 26 nəfərə çatıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər