Cəmiyyət
14
Dünən, 14:43

Rusiyadan daha bir RƏZALƏT - Azərbaycanlı ailə deportasiya edildi

Sankt-Peterburqda yeniyetmələr arasında məişət zəminində baş verən münaqişə Rusiya hakimiyyəti tərəfindən azərbaycanlı ailənin, o cümlədən uşaqların deportasiyası ilə nəticələnib.
16 yaşlı rusiyalı yeniyetmə ilə azərbaycanlı ailədən olan 13 yaşlı oğlan arasında internet üzərindən başlayan mübahisə sonradan davaya çevrilib.

Hadisənin yeniyetmələr arasında baş verməsinə baxmayaraq, polis əvvəlcə azərbaycanlı yeniyetməni, daha sonra onun atasını, ardınca isə bütün ailəni saxlayıb.

Rusiya Daxili İşlər Nazirliyi 13 yaşlı yeniyetmənin, onun valideynləri, qardaşı və bacısının ölkədən deportasiya edildiyini bildirib.(Bakupost.az)

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər