Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin “Kale Seramik” mağazasının qarşısında..
Bakıda yerləşən “Kale Seramik” mağazasının qarşısında çəkilmiş görüntü narahatlıq yaradıb. 32gun.az-ın qaynar xəttinə daxil olan görüntüdə mağazanın düz önündə – piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidə avtomobilin saxlanıldığı açıq şəkildə görünür. Bildirilir ki, avtomobil mağazanın rəhbərliyinə məxsusdur.
Vətəndaşlar mağaza rəhbərliyini məsuliyyətli olmağa çağırır və piyada yollarında avtomobil saxlanmasının qarşısını almaq üçün tədbir görülməsini tələb edirlər.
Xatırladaq ki, Azərbaycanın seramik bazarında 26 ildir fəaliyyət göstərən “Çanakkale Seramik Azərbaycan” şirkətinin sahibi iş adamı Fikrət Hacıyevdir. Bakunews.tv