Cəmiyyət / Sosial
0
Bu gün, 12:19

2 min manatlıq kapitalı olan şirkət yüzminlik tenderləri necə udur?

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi “Azərbaycan Respublikası Dövlət Arxivinin filiallarında aparılacaq əsaslı və cari təmir işləri”nin satın alınması məqsədilə keçirdiyi tenderin qalibi bəlli olub.
Bakunews.tv 32gun.az-a istinadən xəbər verir ki,müsabiqənin qalibi “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti olub.

Bağlanacaq müqavilənin dəyəri 779.849,51 AZN təşkil edir.

Şirkətin nizamnamə kapitalı 2.050 AZN, qanuni təmsilçisi isə Şahin Verdəliyev Əlimərdan oğludur.

Mətbuatda VEST-LTD Azərbaycanda “tender mafiyası” kimi tanınır və külli miqdarda tenderlərin qalibi kimi diqqət çəkir.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Adil oğlu Rəsulovdur.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər