Cəmiyyət
41
4-11-2025, 11:53

Bakıda məşhur hotel müsadirə olunub – Hərracda 3 milyona satılır

Bakıda fəaliyyət göstərən “Park Dedeman” hoteli müsadirə olunub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hotel dövlət hərracında satılacaq.

Maraqlıdır ki, satışa hotelin ikinci mərtbəsi və zirzəmisi çıxarılıb. Bu isə ümumilikdə 1745.5 kv.m deməkdir.

Satışa çıxarılan hissənin ilkin bazar qiyməti 3 milyon 140 min manatdır.

Qeyd edək ki, sözügedən hotel Bakının Səbail rayonu ərazisində yerləşir. Hotelin 95 otağı mövcuddur.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər