Noyabrın 6-da Bakının Səbail və Xətai rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Məlumata görə, Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması və "8-ci Mədən" QTM-in daxilində aparılacaq təmir işləri ilə əlaqədar sabah, saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Təmir işləri aparılan müddətdə Xətai rayonunun H.Salmani küçəsinin, Səbail rayonunun isə Neftçilər prospektinin, Bayıl və Badamdar qəsəbələrinin, 20-ci Sahə yaşayış massivinin, Z.Əliyeva, İstiqlaliyyət, R.Rza küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda deyilir.
Bakunews.tv