“Zeytun Pharma” dərman firması və apteklər şəbəkəsi ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.
XALQ-nın məlumatına görə, dərman firması İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 452.3.-cü maddəsini pozub. Belə ki, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
“Zeytun Pharma” ilə bağlı iş baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. İşə 27 noyabr tarixində hakim Samirə Məmmədlinin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Zeytun Pharma” MMC şirkətinin rəhbəri Bəhruz Şirəliyevdir.
Qarşı tərəfi dinləməyə hazırıq
Bakunews.tv