Cəmiyyət
10
26-11-2025, 09:35

Bu gün qaz kəsiləcək - Bu ərazilərdə

Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 26-da Sumqayıt şəhəri Çerkassi küçəsi 50-ci məhəllə ünvanında qaz təchizatında məhdudiyyətlər tətbiq olunacaq.

Görüləcək işlərlə bağlı bu gün saat 10:00-dan etibarən, həmin ərazidə yaşayan 600 abonentin qaz təchizatı dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər