Qazax rayon İcra Hakimiyyəti daha bir tenderin nəticəsini elan edib.
Tribuna.az xəbər verir ki, tenderə əsasən Qazax şəhərində abadlıq işləri aparılacaq.
“AZƏRTRANSS” MMC-nin qalibi olduğu müsabiqəyə əsasən rayonda görüləcək işlərə 246 min 157 manat xərc çəkiləcək.
Qeyd edək ki, Qazax İcra Hakimiyyəti bu il ərazində ikinci dəfədir abadlıq işllərinə pul xərcləyir. Belə ki, 25.04.2025-ci il tarixdə keçirilmiş tenderin qalibi “AZSUR GROUP” MMC olub. Həmin vaxt İcra Hakimiyyəti şirkətə 677 min 368 manat pul ayırıb.
Bakunews.tv