Cəmiyyət
6
23-12-2025, 20:26

Elmar Baxşıyev istefaya göndərildi

“Araz-Naxçıvan” baş məşqçisi Elmar Baxşıyevi istefaya göndərib.
Bu barədə “Qafqazinfo”ya çalışdırıcının özü məlumat verib.

O bildirib ki, komandadan ayrıldığı barədə gəzən söhbətlər doğrudur: “Yəqin ki, yaxın müddətdə açıqlayacaqlar”.

Qeyd edək ki, Elmar Baxşıyev 2024-cü ilin aprel ayında “Araz-Naxçıvan”ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda Premyer Liqada 16 turdan sonra 26 xal toplayıb və 6-cı yerdədir.

Bakunews.tv
Son xəbərlər