Cari ilin yanvar-noyabr aylarında Azərbaycan alkoqullu və alkoqolsuz işki və şirələrin ixracından əldə etdiyi gəlirlərdə cüzi azalma olub.
Valyuta.az xəbər verir ki, cari ilin ilk 11 ayında Azərbaycan xaricə 64 milyon 363,35 min ABŞ dolları dəyərində sözügedən məhsul ixrac edib.
Statistik məlumatlara əsasən bu ötən ilin eyni dövrü ilə müqayisədə 74,59 min ABŞ dolları və ya 0,11% azalma deməkdir.
Belə ki, ötən ilin eyni dövründə ölkədən ixrac olunan alkoqollu və alkoqolsuz içkilər və sirkənin ixrac dəyəri 64 milyon 437,94 min ABŞ doları təşkil edib.
Bakunews.tv