TEREF yazır ki, bloqumuzda 31.12.2025 -ci ildə yayınlanan Bərdə Rayon İcra hakimiyyətlərində kadr təyinatları ilə bağlı tənqidi yazımıza Bərdə Rayon icra hakimiyyətl qarşı tərəf kimi cavab verib.
Əvvəlki yazımız BURDA:https://teref.net/manset/401902-berde-rayon-icra-hakimiyyetinde-seffafliq-sual-altindakadr-teyinatlari-qanuna-uygundurmu.html
Teref olaraq Bərdə Rayon İcra hakimiyyətlnə operativ reaksiyasına görə təşəkkür edir və qarşı tərəf kimi cavabını təqdim edirik:
"Bərdə Rayon İcra Hakimiyyəti
Bildiririk ki, Mehtiyeva Leyla Samir qızı 2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə bakalavr pilləsini, 2021-ci ildə Azərbaycan Texnologiya Universitetinin biznesin təşkili və idarəedilməsi (maliyyə sahəsi üzrə) ixtisası üzrə magistr pilləsini bitirmişdir. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının politologiya ixtisası üzrə təhsilini davam etdirir.
Dövlət qulluğunda inzibati vəzifələrin tutulması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarında iştirak etmiş, 12.03.2021-ci il tarixində BB1, 09.07.2021-ci il tarixində BA4, 17.08.2021-ci il tarixində isə AC2 sertifikatları əldə etmişdir.
Əmək fəaliyyətinə təhsil sahəsində başlayaraq uzun müddət Ağcabədi Pedaqoji Kollecində Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmış, daha sonra isə Şəki Pedaqoji Kollecində pedaqoji fəaliyyətini davam etdirmişdir..2021-ci ildən etibarən özəl sektorda fəaliyyət göstərərək Azərbaycan Beynəlxalq Hüquq şirkətində kadrlar üzrə mütəxəssis, daha sonra Məlhəm Beynəlxalq Hospitalda kadrlarla və sənədlərlə iş üzrə xidmətin rəhbəri vəzifələrində çalışmışdır.
2023-cü ildən Bərdə Rayon İcra Hakimiyyətində çalışır..
15.07.2024-cü il tarixində dövlət qulluğu vəzifələrinin tutulması üçün DİM tərəfindən keçirilmiş müsabiqənin müsahibə mərhələsində iştirak edərək uğur qazanmış və ehtiyat kadrlar siyahısına daxil edilmişdir. 24.04.2025-ci il tarixində ehtiyat kadrlar siyahısından Bərdə Rayon İcra Hakimiyyəti başçısının Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilmişdir. 14.07.2025-ci il tarixində yenidən dövlət qulluğu vəzifələrinin tutulması üçün DİM tərəfindən keçirilmiş müsabiqənin müsahibə mərhələsində iştirak edərək uğur qazanmış və Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin olunmuşdur.
Bərdə Rayon İcra Hakimiyyətində fəaliyyəti dövründə üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmiş, ictimai-siyasi və humanitar tədbirlərin təşkili və dövlət proqramlarının icrası sahəsində səmərəli fəaliyyət göstərmişdir.
Əlavə olaraq bildiririk ki, Mehdiyev Mövlud Xasay oğlu 2007-ci ildə Azərbaycan Kooperasiya Universitetinin inzibati idarəetmə (vergi işinin təşkili və idarəedilməsi) ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. 2010-cu ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müsabiqədən (test və müsahibə mərhələsindən) uğurla keçərək 27 avqust 2010-cu ildə staj, 27 avqust 2011-ci il tarixində sınaq müddəti ilə, 27 fevral 2012-ci il tarixindən isə daimi olaraq Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin Gəlirlər sektorunun məsləhətçi vəzifəsinə təyin olunmuşdur. DİM tərəfindən 2014-cü il tarixində keçirilən müsabiqədən yenidən uğurla keçərək 08 sentyabr 2014-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin Gəlirlər sektorunun baş məsləhətçisi vəzifəsinə təyin olunmuşdur.. DİM tərəfindən 13 fevral 2018-ci il tarixində inzibati vəzifələrin 5-ci təsnifatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, daxili nəzarət şöbəsi, funksional vəzifələrin icrasına nəzarət sektoru, aparıcı məsləhətçi vəzifəsi üçün elan olunan ümumi müsahibədən 16 bal toplayaraq uğurla keçmiş və Nazirliyin ehtiyyat kadrlar siyahısına əlavə olunmuşdur. 01 noyabr 2019-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin Pensiya sektorunun baş məsləhətçi vəzifəsinə keçirilmişdir. 17 avqust 2020-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Bərdə rayon filialının, 04 dekabr 2020-ci il tarixində 5 saylı regional ərazi filialının, 27 dekabr 2021-ci il tarixində Qarabağ regional filialının Pensiya təminatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. DİM tərəfindən 03.06.2022-ci il və 17.08.2022-ci il tarixlərində dövlət qulluğunun rəhbər inzibati vəzifələrini tutulması məqsədilə keçirilən test imtahanlarında iştirak edərək AC3 sertifikatları əldə etmişdir. DİM tərəfindən 14 aprel 2023-cü il tarixində inzibati vəzifələrin 5-ci təsnifatı üzrə Maliyyə Nazirliyinin Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyə şöbəsi, Əhalinin sosial müdafiəsi və sosial təminat sahələrinin maliyyə sektoru, baş məsləhətçi vəzifəsi üçün elan olunan ümumi müsahibədən 16,3 bal toplayaraq uğurla keçmiş və Nazirliyin ehtiyyat kadrlar siyahısına daxil edilmişdir. 01 dekabr 2023-cü il tarixində DİM-lə razılaşdırılmaqla 5-ci təsnifat üzrə ehtiyat kadrlar siyahısından 7-ci təsnifat üzrə inzibati vəzifə olan Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-İqtisadi inkişafın təhlili və proqnazlaşdırılması şöbəsinin baş məsləhətçi vəzifəsinə təyin edilmişdir.
Ümumi iş stajı15 il 4 ay, dövlət qulluğunda iş stajı isə 12 il 4 aydır. 01 mart 2017-ci il tarixindən 2-ci dərəcə dövlət qulluqçusudur."
TEREF
Bakunews.tv