Cəmiyyət
10
16-01-2026, 12:52

Bakıya qayıdarkən Tehranda saxlanılan xanəndə görün nələr danışdı: “Saat yarım sorğu-sual etdilər...”

Azərbaycanlı xanəndənin İranda hava limanında saxlanılması ilə bağlı məlumat yayılıb.
Bakunews.tv xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Tanınmış xanəndə, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb.

Musavat.com xanəndə ilə əlaqə saxlayıb və baş verənlərlə bağlı təfərrüatları öyrənib:

“Mən dekabrın 27-dən yanvarın 4-nə kimi İranda oldum. Təbriz və Urmiya şəhərlərində konsert verirdik. Orada tamaşaçıların xahişi ilə mən də oxudum. Hətta Təbrizdə ustad dərsi də verdim. Bizi İranda Muğam Müsabiqəsinin iştirakçısı Nasir Atapur və tələbələrim qarşıladılar.

Biz geri qayıdanda məni hava limanında saxladılar və İrana nə üçün gəlməyimlə maraqlandılar. Saat yarım sorğu-sual etdilər. Onlara bildirdim ki, xanəndəyəm və ustad dərsi verməyə gəlmişəm. Onlar da araşdırdı və bu məqsədlə gəldiyim təsdiq olundu. Ondan sonra yoluma davam edə bildim”.

Xanəndə bildirib ki, yanvarın 5-i gecə artıq Bakıda olub: “Təbrizdə, Urmiyada və digər Azərbaycan şəhərlərində heç bir iğtişaş yox idi. Onların bu etirazlara qatılmaq fikirləri də yox idi”.
Son xəbərlər