Məlum olduğu kimi, artıq 6 ildir quru sərhədlər bağlıdır. XALQ xəbər verir ki, rəsmi Bakı bunu ölkənin təhlükəsizliyi ilə əsaslandırır.
Dünən isə İran mediası bununla bağlı maraqlı bir açıqlama yayıb. “Khabaronline” saytı iddia edib ki, Azərbaycanla aparılan danışıqlardan sonra tezliklə İranla quru sərhədlər açılacaq. Sayt bunun hansı səviyyədə əldə edilmiş razılaşma barədə hər hansı bilgi verməyib.
Qeyd edək ki, bu günlərdə bir neçə İran rəsmisi açıqlama verərək, quru sərhədlərin açılması ilə bağlı Azərbaycanla mütəmadi danışıqlar apardıqlarını bəyan ediblər. Onlar prosesin reallaşacağına ümid etdiklərini vurğulayıblar.
Bakunews.tv