Son vaxtlar Bakı şəhərinin - Suraxanı, Abşeron, Sabunçu, Yasamal, Xətai və Xəzər rayonlarında qanunsuz olduğu iddia olunan tikintilərlə bağlı videogörüntülər və şəkillər sosial şəbəkələrdə geniş yayımlanır.
Bizimesr.az bildirir ki, bu görüntülər media üçün olduqca maraqlıdır və eyni zamanda tikintilərin icazəli olub-olmaması, standartlara uyğunluğu, qanunla qadağan olunmuş ərazilərdə aparılıb-aparılmaması barədə olan faktlara da cavab verilməlidir.
Bu hallarda media öz üzərinə düşən vəzifəni yerinə yetirərək rayon icra hakimiyyətlərinə sorğular ünvanlayır. Məqsəd açıqlıq və şəffaflığı təmin etmək, ictimaiyyəti doğru məlumatlandırmaq, RİH-lərin fəaliyyətini qiymətləndirməkdir.
Lakin real vəziyyət isə fərqlidir - çox vaxt sorğular cavabsız qalır və ya sübutsuz, ümumi açıqlamalarla ötüşdürülür.
Görünür ki, əsas səbəb sadədir - rayon ərazilərində aparılan çoxsaylı tikinti işlərinin sənədi yoxdur və qanunsuzdur. Bu susqunluq, heç bir subut və sənədlərin ortaya qoyulmaması göstərir ki, demək olar bütün fərdi yaşayış obyektləri, həyət evləri və ümumiyyətlə tikintilər standartlarına uyğun deyil. Rayon rəhbərliyi də bunu yaxşı bilir, hansısa səbəblərdə göz yumur və media sorğularını cavabsız qoymaqla həm vaxt udur, həm də ictimaiyyətin diqqətini yayındırmağa çalışır. Əsk halda RİH-lərə ünvanlanan sorğulara operativ və dəqiq, subutlu cavablar verilər.
Amma çox təəssüflər olsun ki, çox az hallarda verilən cavablar da ya ümumi olur, ya da sübutsuz təqdim edilir. Bəzi RİH-lər isə ümumiyyətlə, sorğulara məsuliyyətsiz yanaşaraq sorğulara cavab vernir, telefonlar qaldıran yoxdur, RİH-lərin telefonları işləmir.
Əslində isə ictimaiyyətin hüquqlarını qorumaq, şəffaflığı təmin etmək üçün rayon icra hakimiyyətləri rəhbərliyi media sorğularına operativ və faktlara əsaslanan cavab verməlidir. Cavablar tutarlı, rəsmi və əsaslı olmalıdır ki, heç bir şübhə yeri qalmasın. Amma belə deyil...
Belə olan halda media sosial şəbəkələrdə yayılan görüntülərə etibar etmək məcburiyyətində qalır və qalmaqda davam edəcək. Bu isə vətəndaşların qanuni məlumat alma imkanını ciddi şəkildə məhdudlaşdırmaqla yanaşı, RİH-lərin vətəndaş, media qarşısında inamını itirməsinə gətirib çıxarır.
Bakunews.tv