Masazırda tikilən nəhəng bina- xeyir-şər evi, yoxsa...? - VİDEO
Abşeron rayonu, Masazır qəsəbəsində hər kəsi valeh edən böyük bir ərazidə tikinti işləri aparılır. Eni-uzunu tam bəlli olmayan, hündürlüyü ilə diqqət çəkən bu tikili ilk baxışdan iri ticarət obyektini və ya restoran kompleksini xatırladır. Lakin deyilənlərə görə, bu bina başqa məqsəd üçün nəzərdə tutulub.
Bizimesr.com-un apardığı araşdırmalar zamanı qəsəbə sakinləri bildiriblər ki, inşa edilən tikilinin xeyir-şər evi kimi fəaliyyət göstərməsi planlaşdırılır. Onların sözlərinə görə, qəsəbə əhalisinə də məhz belə məlumat verilib.
Sakinlərin iddialarına görə, bu tikinti Fövqəladə Hallar Nazirliyinin rəhbəri Kamaləddin Heydərov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin icazə və xeyir-duası ilə inşa olunur.(?)
Olduqca böyük və əzəmətli görünən tikilinin gələcəkdə daha da genişləndiriləcəyi bildirilir.
Qeyd olunan məlumatlar əsasən sakinlərin iddialarına əsaslanır.
Məsələ ilə bağlı adı çəkilən şəxslərin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.