Cəmiyyət / Sosial
1
Bu gün, 14:44

Tanınmış memardan “Azəriqaz”a: “Həyasız yalançılar…” – Foto


Tanınmış memar Elçin Əliyev “Azəriqaz” İB-in onun başına açdığı oyunu ictimailəşdirib.
Tribuna.az xəbər verir ki, memar bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Keçən ilin 27 oktyabr tarixində «Azəriqaz»dan mənə SMS gəldi ki, 31 oktyabrda mənzilimə baxış keçiriləcək. Ggörünür, qaz cihazlarının sayını müəyyən etmək məqsədilə baxış keçiriləcəkdi. Razıyam, tabe olmalıyam və buna görə də – buyurun, xoş gəlmisiniz!

31 oktyabr, cümə günü, iş günü (!) olmasına baxmayaraq, bütün günü evdə gözlədim. Günortadan sonra isə əməkdaşların nə vaxt gələcəyini öyrənmək üçün israrla «Azəriqaz»a zəng etməyə başladım – lakin həmin gün HEÇ KİM GƏLMƏDİ.

Bu gün isə, dörd ay sonra, mənə SMS gəlir ki, guya «mənzilinizdə nümayəndəyə baxışa şərait yaratmadığınız üçün» evdə qazın verilməsi dayandırılıb.

Aldadıcılar, həyasız yalançılar! Yalana batmış, istehlakçılarla açıq-aşkar istehza edən məmurlar! Necə ola bilər ki, əvvəlcədən ödənilmiş qazı belə saxta bəhanə ilə gəlib kəsirlər? Ümumiyyətlə isə – istənilən bəhanə ilə qazı kəsmək hüququnu onlara kim verib?”, deyə – E.Əliyev bildirib.

Memar bildirib ki, təəssüf ki, dövlət qurumunun fəaliyyətində tam özbaşınalıq hökm sürür:

“İndi nə etməli, kimə müraciət etməli? Yenə də enerjimi, əsəblərimi və iş vaxtımı fırıldaqçılarla mübarizəyə sərf etməliyəm? Belə həyat olar? İnsanları nə qədər incidəcəksiniz?”.


Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər