Cəmiyyət / Ölkə
19
Bu gün, 15:30

Tağıyev qəsəbəsində növbəti qanunsuz tikinti iddiası – Yaşıllıq məhv edilir?


Abşeronda növbəti qanunsuz tikinti iddiası – Yaşıllıq məhv edilir?
Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi son illər həm yaşayış, həm də sənaye zonası kimi sürətlə inkişaf edən ərazilərdən biri hesab olunur.

Qəsəbə Sumqayıt şəhərinin girişinə və Bakı–Quba magistral yoluna yaxın yerləşdiyi üçün burada torpaq sahələrinə maraq kifayət qədər yüksəkdir. Lakin bu maraq bəzən qanunsuz tikinti iddiaları ilə də gündəmə gəlir.

XALQ-a daxil olan məlumata görə, qəsəbənin Maestro Niyazi küçəsində bir neçə gündür intensiv tikinti işləri aparılır. Sakinlərin bildirdiyinə görə, tikinti aparılan ərazi əvvəllər meşə zolağı olub və yaşıllıq sahəsi kimi tanınıb. Hazırda isə hasarlanmış ərazidə həmin yaşıllıqdan demək olar ki, heç bir iz qalmayıb.

Sakinlərin sözlərinə görə, ərazidə sürətlə hansısa obyektin tikintisi aparılır. Tikinti işlərinin hansı əsasla həyata keçirildiyi, ərazinin təyinatının dəyişdirilib-dəyişdirilmədiyi və müvafiq icazələrin olub-olmadığı isə hələlik məlum deyil.

Ümumiyyətlə, son aylarda Sumqayıt ərazisində tikinti işlərinin kəskin artdığı müşahidə olunur. Bu məsələ ilə bağlı rayon icra hakimiyyətinə göndərilən sorğulara isə ya ümumiyyətlə cavab verilmir, ya da “araşdırma aparılacaq” kimi ümumi və qeyri-müəyyən cavablarla kifayətlənilir.

Bu isə yerli sakinlərdə narazılıq yaradır. Onların fikrincə, Sumqayıt boş torpaq sahələrinin kütləvi şəkildə satılması və müxtəlif obyektlərə çevrilməsi prosesi sürətlə davam edir. Bu fonda rayon rəhbərliyinin mövqeyi də suallar doğurur.

Xüsusilə də Zakir Fərəcovun rəhbərlik etdiyi şəhər icra hakimiyyətinin bu proseslərə münasibətinin nə olduğu hələ də açıq qalır.

Məlumatlara görə, sözügedən ərazidə tikilən obyektin yerli iş adamlarından birinə məxsus olduğu iddia edilir. Lakin tikintinin qanuni əsaslarla aparılıb-aparılmadığı barədə rəsmi açıqlama verilməyib, və hansı məmur tərəfindən icazə verildiyi məammalıdır

Mövzu ilə bağlı daha ətraflı məlumat və görüntülər təqdim olunan videomaterialda yer alır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər