Cəmiyyət / Hadisə / Bölgə
59
Dünən, 21:40

İmişlidə mağaza qalmaqalı – İşçilər 10 gün işlədilib, sonra maaş verilmədən qovulur?

İmişlidə mağaza qalmaqalı – İşçilər 10 gün işlədilib, sonra maaş verilmədən qovulur?

İmişli rayonunda fəaliyyət göstərən Agromall İmişli mağazası ilə bağlı narazılıqlar gündəmə gəlib. Redaksiyamıza müraciət edən bir neçə vətəndaş işə qəbul edildikdən sonra qısa müddət işlədilib, daha sonra isə əməkhaqqı ödənilmədən işdən uzaqlaşdırıldıqlarını iddia edirlər.

Şikayətçi xanımlardan birinin sözlərinə görə, o, mağazada təxminən 10 gün çalışıb, lakin sonradan rəhbərlik dəyişdiyi bəhanəsi ilə işdən azad edilib.

Onun iddiasına görə, işlədiyi günlərin əməkhaqqını tələb etdikdə mağaza rəhbərliyi məsuliyyəti üzərindən ataraq belə cavab verib:

Musa bəy müdir seçiləndən sonra xanım işçiyə “Get səni işə kim götürübsə, pulunu da ondan istə”.

Şikayətçi bildirir ki, bu cavabdan sonra onun işlədiyi günlərin əməkhaqqı ödənilməyib. O hesab edir ki, bu, həm əmək hüquqlarının pozulması, həm də işçilərə qarşı qeyri-etik münasibətdir.

Məsələ ilə bağlı digər vətəndaşlar da oxşar halların baş verdiyini iddia edirlər. Onların sözlərinə görə, bəzi işçilər əvvəlcə işə qəbul edilir, bir neçə gün işlədilir və daha sonra müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılırlar.

Hüquqşünasların sözlərinə görə, işçi ilə rəsmi müqavilə bağlanmasa belə, faktiki işlədiyi günlərin əməkhaqqının ödənilməsi qanunvericiliyə görə məcburidir. Əks halda bu hal əmək hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.

Şikayətçilər aidiyyəti qurumların məsələni araşdırmasını və işlədikləri günlərin əməkhaqqının ödənilməsini tələb edirlər.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və mağaza rəhbərliyinin mövqeyini öyrənməyə çalışacağıq.
Qarşı tərəfi dinləməyə hazırıq.
Araşdırma davam edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər