“Yaşıl Bağ” restoranında tikintiyə hansı məmur icazə verib?
Xətai prospekti 42 ünvanında yerləşən Yaşıl Bağ restoranı ilə bağlı ərazidə yaşayan sakinlər redaksiyamıza şikayət ünvanlayıblar. Bakunews.tv Big.az istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, restoranda aparılan təmir işləri nəticəsində yaranan səs-küy və toz-torpaq səbəbindən evdə qalmaq çətinləşib. Onlar bildirirlər ki, uzun müddətdir davam edən tikinti və yenidənqurma prosesi gündəlik həyatlarına mənfi təsir göstərir. Məsələ ilə bağlı əraziyə baş çəkən zaman həqiqətən də obyekt daxilində təmir işlərinin aparıldığının şahidi olduq. Restoran rəhbərliyi təmirin qanuni əsaslarla həyata keçirildiyini qeyd etsə də, bu barədə müvafiq dövlət qurumundan rəsmi sənəd təqdim edilmədi.
Hazırda vəziyyət sakinlərin narahatlığı və görülən işlərin hüquqi əsasları ilə bağlı suallar fonunda diqqət mərkəzində qalır.