Hüquq müdafiəçisi Sahib Məmmədov “Azəriqaz” İB-in sayğac dəyişdirilərkən vətəndaşları necə aldatdığını üzə çıxarıb.Bu barədə Feysbuk səhifəsində yazan S.Məmmədov bildirib ki, sayğacdəyişdirilərkən balansdakı qalığı silirlər:
“Deməli “Azəriqaz” İB sayğacı dəyişir. Əvvəlki sayğacda (smart sayğac deyilirdi) olan qalıq 425 kub təşkil edir. Yeni sayğacda sərfiyyat göstəricisi 291 kub təşkil edir. Belədə 134 kub qalıq olmalıdır. Bu, abonent səhifəsində göstərilirdi yaxın vaxtlara qədər.
“Azəriqaz” İB bunu silib və mənə sms göndərib ki, 400 kub sərfiyyat var və filan tarixə qədər ödəniş etməsəniz qaz təminatı dayandırılacaq.
Mən bu barədə “Azəriqaz” İB-ə məlumat göndərirəm. Səhər mənə nəzəarətçi zəng edir ki, günah mənimdi. Beləliklə günahkar oldu yazıq fəhlə.
İndi sual budur. Nəzarətçi sistemdən qalığı silə bilərmi? Əlbəttə yox. Hazırda on minlərlə abonent bu vəziyyətdədir. Son 3-4 ayda mənimlə bağlı eyni ikinci haldır.
Şikayət etməyə yer yoxdur. Nəzərət orqanı yoxdur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi deyilən bir qurum var. Ora şikayət yazırsan onlar da şikayət verdiyin orqandan aldıqları cavabı öz blanklarına qoyub göndərirlər şikatət verənə.
İndi sayğacın şəkilini qoyuram. Bunlar öz sayğaclarına belə hörmət qoymurlar. Baxmayaraq ki, bu sayğaclar elə hazırlanıb ki, ən azı 1 kub sərfiyyata 1,5 kub yazır”.
S. Məmmədov bildirib ki, bu gün məhkəmələrdə mülki işlərin əksəriyyəti “Azəriqaz”la bağlıdır:
“Bu günlərdə Abşeron rayon məhkəməsidə idim. Mülki işlərin əksəriyyəti istehlakçıların Azəriqaz İB-yə iddası ilə bağlıdır. Minlərlə insana ya cərimə yazıblar, ya külli miqdarda artıq pul hesablayıblar”.(Tribuna.az)
Qarşı tərəfi dinləməyə hazırıq.
Bakunews.tv