Cəmiyyət
5
Bu gün, 05:46

Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlarla bağlı yeni hüquqi təşəbbüs gündəmə gəlib

Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlarla bağlı yeni hüquqi təşəbbüs gündəmə gəlib

Belə ki, intizam tənbehi olaraq cərimə təcridxanasına keçirilən şəxslərin telefon danışığı hüququnun məhdudlaşdırılması və bu barədə onların ailə üzvlərinə məlumat verilməməsi narahatlıq doğuran əsas məsələlərdən biri kimi qiymətləndirilir.
Gununsesi.info xəbər verir ki, məlumata görə, yaranmış vəziyyətin aradan qaldırılması məqsədilə qanunvericiliyə dəyişiklik edilməsi təklif olunur. Təklifə əsasən, cərimə təcridxanasına yerləşdirilən məhkumların yaxın qohumlarına bu barədə rəsmi məlumat verilməsi öhdəliyinin qanunla müəyyənləşdirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Penitensiar Xidmətin Qaynar Xəttinin fəaliyyətinin təkmilləşdirilməsi də gündəmdədir. Bildirilir ki, vətəndaş müraciətlərinin daha operativ və şəffaf şəkildə cavablandırılması üçün bu xidmətin effektivliyinin artırılması vacib hesab olunur.

Qeyd olunur ki, təklif olunan dəyişikliklər həyata keçirilərsə, məhkumların hüquqlarının qorunması və onların ailə üzvlərinin məlumatlandırılması sahəsində mövcud boşluqların aradan qaldırılmasına xidmət edəcək.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.

Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər