İran tərəfindən azad edilən Yaponiya vətəndaşı Azərbaycandadır və tezliklə vətəninə qayıda biləcək.
Bu barədə Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi "Fuji TV"nin efirində bildirib.
O vurğulayıb ki, İranda saxlanılan ikinci yaponiyalının azad edilməsi istiqamətində işlər davam etdirilir.
"Biz ikinci vətəndaşımızın tezliklə azad edilməsi üzərində işləyirik", - Moteqi bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Martın 20-nə olan məlumata görə, eskalasiya başlayandan bəri İrandan Azərbaycana 17 Yaponiya vətəndaşı təxliyə edilib.