Cəmiyyət / Sosial
47
Bu gün, 13:39

Masazır qəbiristanlığında yer üçün vətəndaşlardan yüksək pul tələb olunur?

Masazır qəbiristanlığında yer üçün vətəndaşlardan yüksək pul tələb olunur?

Qəbristanlıq ərazisindəki boş torpağı alıb qəsəbə sakinlərinə qəbir yeri kimi baha qiymətə satırlar. Masazır qəsəbəsində vətəndaşlardan yüksək məbləğdə pul tələb olunduğu iddia edilir.
XALQ-ın xəbərinə görə, vətəndaşlar deyir ki, onsuz da torpağı qıt olan qəsəbədə qəbristanlıqda yer tapmaq mümkün deyil. Çünkü, əraziyə nəzarət edən Pənah Məmmədov adlı şəxs torpağı ucuz alıb baha satmaqla məşğuldur.

İddialara aydınlıq gətirmək üçün Masazırın köhnə qəbristanlğına baş çəkib nəzarətçilərlə görüşmək istədik, amma əraziyə gəlişimizdən xəbərdar olduqları üçün gözə dəymədilər.

Bir neçə saat gözlədikdən sonra Masazır qəsəbəsində köhnə qəbristanlıq adlanan ərazinin təmizlik işlərinə məsul İbrət Əhmədovla əlaqə saxladıq. Telefon danışığını olduğu kimi təqdim edirik.

Adı qəbir satmaqla məşğul olan şəxs kimi hallanan Pənah Məmmədovla da əlaqə saxladıq. O, haqqında səsləndirlən iddia ilə razılaşmadığını, qəbiristanlığa nəzarətin rəsmi olaraq Eldar adlı şəxsə həvalə edildiyini bildirdi.

Ziyarətə gələn qəsəbə sakinləri ilə görüşüb qəbir yerlərinin qiyməti ilə də maraqlandıq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




Bakunews.tv
Son xəbərlər