Vitse-spikerin köməkçisi olduğu iddia edilən Qalib Abbasovun adı 45 min manatlıq dələduzluq qalmaqalında hallanır. Əkrəm Hüseynov adlı şəxs 20 illik tanışı olan Qalib Abbasovun iş görmək adı ilə ondan aldığı vəsaiti geri qaytarmadığını bildirib. Zərərçəkmiş tərəf məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini vurğulayıb.Demokrat.az-ın əldə etdiyi məlumata görə Qalib Abbasov 78 saylı Lənkəran kənd dairə seçki komissiyasının üzvüdür. O, həmin seçki dairəsində komissiya tərkibində təmsil olunur.
Qalib Abbasov isə ittihamları rədd edərək hazırda heç bir yerdə çalışmadığını və vitse-spikerin köməkçisi olmadığını deyib. O, Əkrəm Hüseynovla tələbə yoldaşı olduqlarını və aralarındakı borc məsələsinin həll edildiyini iddia edib. Abbasov dostunun bu iddiaları son vaxtlar keçirdiyi əsəb və stress səbəbindən səsləndirdiyini güman etdiyini bildirib.
Həmçinin oxu:
'Vitse-spikerin köməkçisi deyiləm' — Adı dələduzluqda hallanan Qalib Abbasov danışdı
"Bildirirəmki hal-hazırda heç bir yerdə işləmirəm. Vitse-spikerin köməkçisi deyiləm. Əkrəm Hüseynovla tələbə yoldaşı olmuşuq 20 ildi bir yerdəyik. Hal-hazırda da dostluqumuz davam edir. Onunla aramızda olan pul söhbəti o qədər olmaylb olan məbləğlərdə özünə geri qaytarılıb. Onun niyə belə etməsinin səbəbi mənə elə gəlirki son zamanlar çox əsəb stres keçirtməsi ola bilər"- , o qeyd edib.
Qeyd edək ki, dairə seçki komissiyaları seçkilərin təşkili və keçirilməsi ilə bağlı fəaliyyət göstərir.
Bakunews.tv