Cəmiyyət
8
Bu gün, 21:54

Tanınmış jurnalist Mingəçevir Dövlət Universitetində vəzifəyə təyin olunub

Mingəçevir Dövlət Universitetində yeni kadr təyinatı həyata keçirilib. Tanınmış jurnalist Firuzə Cəlilova universitetin İctimai əlaqələr və marketinq şöbəsinin müdiri – mətbuat katibi vəzifəsinə gətirilib.
Firuzə Cəlilova Bakı Dövlət Universitetinin məzunudur, pedaqogika üzrə fəlsəfə doktorudur və 25 ildən artıq televiziya sahəsində təcrübəyə malikdir. O, müxtəlif illərdə Space TV, Lider TV, Xəzər TV və Baku TV kimi aparıcı media qurumlarında müəllif-aparıcı və layihə rəhbəri kimi fəaliyyət göstərib.
Universitet rəhbərliyi Firuzə Cəlilovanın təyinatını yüksək qiymətləndirərək, onun geniş media təcrübəsinin universitetin ictimai əlaqələrini daha da gücləndirəcəyini bildirib. Rektor qeyd edib ki, yeni təyinat universitetin kommunikasiya strategiyasına kreativ yanaşma gətirəcək və tələbə-müəllim heyəti ilə daha effektiv ünsiyyət qurmağa imkan yaradacaq.
Firuzə Cəlilova isə yeni vəzifəsində əsas hədəfinin universitetin ictimai imicini möhkəmləndirmək, innovativ layihələr həyata keçirmək və kommunikasiya sahəsində yeni yanaşmalar təqdim etmək olduğunu vurğulayıb.
Son xəbərlər