Cəmiyyət / Ölkə
33
Bu gün, 11:51

“McDonald’s”-da xidmət narazılığı: Məşhur jurnalist şikayət etdi

“McDonald’s”-da xidmət narazılığı: Məşhur jurnalist şikayət etdi

Bakı şəhəri, Nizami rayonu, Nizami küçəsi 340 ünvanında yerləşən “McDonald’s” restoranında xidmətlə bağlı növbəti narazılıq qeydə alınıb.
AzTimes.az-a daxil olan məlumata görə, jurnalist Arifə Əliyeva sözügedən ünvanda qarşılaşdığı xidmətdən şikayətçidir. Onun sözlərinə görə, saat 21:11-də verdiyi sifariş uzun müddət təqdim olunmayıb. Bu səbəbdən saat 21:38-də restoranda çalışan personala yaxınlaşaraq sifarişinin aqibəti ilə maraqlanıb.
Bildirilib ki, əməkdaşlar sifarişi unutduqlarını etiraf ediblər. Lakin jurnalistin iddiasına görə, məsul şəxslər üzr istəmək əvəzinə qeyri-ciddi münasibət sərgiləyərək “burda nə var ki, gedim, gözləyin” kimi ifadələr işlədiblər.
Şikayətçi qeyd edir ki, bundan sonra da əlavə vaxt itirərək sifarişini gözləmək məcburiyyətində qalıb.
Məlumata görə, sözügedən məkanda bu tip narazılıqların tək-tək olmadığı, oxşar halların daha əvvəl də müşahidə edildiyi bildirilir.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışırıq. AzTimes.az olaraq mövzu diqqətdə saxlanılır.



Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər