Ağsu Regional Qaz İstismar İdarəsində 06.04.2026-cı il tarixində baş verdiyi iddia olunan hadisə ilə bağlı məlumat yayılıb. Bildirilir ki, Kommersiya üzrə müavin Əfqan Yusifov ilə Qarabağ qazisi arasında idarə daxilində insident yaşanıb. İddiaya görə, tərəflər arasında mübahisə yaranıb və bu mübahisə fiziki qarşıdurmaya çevrilib. Nəticədə qazinin xəsarət aldığı qeyd olunur.Buy barədən TEREF-ə göndərilən məqalədə yazılıb. Müəllif daha sonra yazır:
Məlumatda o da iddia edilir ki, qarşıdurma zamanı qazi özünü müdafiə etmək məqsədilə qarşı tərəfi dişləyib.
Bundan əlavə, idarə daxilində bəzi qaydalar və ödənişlərlə bağlı narazılıqların olduğu bildirilir. İddiaya görə, qaz açılışları üçün möhürləmə xidmətinə görə 100 AZN məbləğində ödənişin tələb olunduğu, həmçinin əməkdaşlar üçün qeyri-rəsmi davranış qaydalarının tətbiq edildiyi qeyd edilir.
Qeyd olunan məlumatların rəsmi qurumlar tərəfindən araşdırılması və məsələyə hüquqi qiymət verilməsi zəruridir.
Bakunews.tv