Cəmiyyət / Bölgə
7
Dünən, 11:41

Mingəçevirin icra başçısı Prezidentdən və xalqdan üzr istəməlidir... - "O, "Zəfər seyrəngahı"nı yox, Yusuf zibilgahını dəstəkləyir"

Mingəçevirin icra başçısı Prezidentdən və xalqdan üzr istəməlidir... - "O, "Zəfər seyrəngahı"nı yox, Yusuf zibilgahını dəstəkləyir"

"Bu gecə yenə qəribə YUXU görmüşəm. Görürəm ki, Ana Kür çayı ağlayaraq növbəti üzürü gözləyir: Bu dəfə Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılovdan..."
"DİA-AZ" xəbər verir ki, bu yaradıcı yanaşma tərzini öz açıqlamasında ictimai fəal, "Kür çayına azadlıq" təşəbbüs qrupu adından Elşən Quliyev qeyd edib.
O daha sonra əlaqədar qurum və şəxslərin diqqətini cəlb etmək üçün kifayət qədər aktual olan problemlə bağlı bunları bildirir: "Yuxuda ağ geyimli nurani baba mənə deyir ki, ay oğul, Kür çayında yaradılmış təhlükəli ekoloji pozuntuda onun özünəməxsus rolu var. Çünki "Sədərək Yusif"in "Deka" şirkətinə qanunsuz tikintinin aparılmasına məhz cənab İsmayılov 02 may 2019-cu il tarixdə 55 nömrəli sərəncamla münbit şərait yaradıb. Təbii ki, həmin vaxta qədər Niyazi Bayramov da xeyli qanunsuz əməllərə rəvac vermişdi. Bu gün isə Kür çayını xilas etmək və oradakı biabırçılığı aradan qaldırmaq üçün bir yol var. Yusif Qədimovun müdaxilə etdiyi hissədə "Zəfər seyrəngahı" tikməkdir. Mingəçevir sakinləri ümid edirdi ki, 1-ci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit kimi İcra başçısı İlham İsmayılov bu gözəl ideyanı dəstəkləyəcək. Amma görünən odur ki, o, "Zəfər seyrəngahı"nı yox, Yusuf zibilgahını dəstəkləyir. Əgər belə olmasaydı, həmin zibillər Kür çayından təmizlənmişdi və həmin sərəncam da ləğv edilmişdi. Baxmayaraq ki, bunun üçün hüquqi zəmin var.
Deməli, bu addımlar indiyə kimi atılmadığı üçün İlham İsmayılov möhtərəm Prezidentimizdən və Mingəçevir sakinlərindən üzr istəməlidir. Həmin üzr belə olmalıdır:
1. Bu dövlətin inkişafına zərbə vuran, dövlətə xəyanət edən yüksək vəzifəli şəxsin və ya şəxslərin tələbi ilə oraya sərəncam verdiyim üçün möhtərəm Prezidentdən və mingəçevirlilərdən üzr istəyirəm.
2. "Zəfər seyrəngahı" kimi böyük layihəni görməzdən gəlib, sakinləri uyğunsuz bir yerdə "Zəfər parkı" adlı ilə yola verdiyim üçün cənab Ali baş komandandan və sakinlərdən üzr istəyirəm.
3. ⁠Bir veteran kimi Qarabağ döyuşlərində şəhid olanların ruhundan,qazilərdən və müharibə iştirakçılarından üzr istəyirəm ona görə ki,onların da qəlbindən keçınlərə adekvat reaksiya verə bilmirəm.
4. "Sədərək Yusif"lə bacara bilmədiyim üçün möhtərəm Prezidentimizdən və Mingəçevir sakinlərindən üzr istəyirəm.
5. Ana Kürün xilasına çalışa bilmədiyim üçün də cənab Prezidentimizdən şəhər sakinlərindən üzr istəyirəm. Artıq qərar cənab İlham İsmayılovundur. Biz onun səmimiyyətinə inanmaq istəyirik..."
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər