Cəmiyyət / Sosial
4
Dünən, 12:21

Zaur müəllimin özü bu sudan içir... və yaxud İÇƏRMİ?

Zaur müəllimin özü bu sudan içir... və yaxud İÇƏRMİ?

Xəzər rayonu, Buzovna və Şağan qəsəbələrində əhaliyə verilən içməli suyun keyfiyyəti ilə bağlı narazılıqlar artmaqdadır.
Qəsəbə sakinlərinin Bizimesr.az- a verdiyi məlumata görə, günlərdir sakinlər şəbəkə vasitəsilə verilən çirkli, təmizlənməmiş sudan istifadə edə bilmirlər. Onların sözlərinə görə, suyun rəngi və vəziyyəti istifadəyə yararsız olduğunu göstərir. Bu səbəbdən əhali içməli suyu marketlərdən almağa məcbur qalıb.

Fotolarda iki fərqli su nümunəsi əks olunub. Onlardan biri marketdən alınan təmizlənmiş sudur, digəri isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən şəbəkə xətti ilə evlərə verilən sudur. Görüntülər arasındakı fərq açıq şəkildə hiss olunur və verilən suyun yararsız, təmizlənməmiş. olduğu açıq görünür.

Məsələ ilə bağlı Xəzər Su Kanal İdarəsi ilə əlaqə saxlanılsa da, suallara ətraflı cavab verilməyib. Qurum tərəfindən bildirilib ki, əhaliyə verilən su təmizlənmiş və istifadəyə yararlıdır: "Lap 'la sudur, için, qorxmayın, heç nə olmaz".

Bununla belə, sakinlər rəsmi açıqlama ilə real vəziyyətin üst-üstə düşmədiyini deyir və problemlə bağlı tədbir görülməsini tələb edirlər.

Redaksiyadan:
Maraqlıdır, görəsən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovda bu sudan içir?


Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər